Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Gündəm / Sosial
26-07-2024, 09:23
Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq
Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" məlumat yayıb.,

SOCAR-ın "Qaz İxrac” İdarəsinə məxsus "Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan "Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi(Masazır QPS)", "Duz Zavodu(Masazır QPS)" və "Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.