DSX görüntülərlə bağlı məlumat yaydı

Gündəm / Sosial
29-07-2024, 19:18
DSX görüntülərlə bağlı məlumat yaydı
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".