Rusiya həbsxanasında məhbuslar işçiləri girov götürdü - Ölən var
Gündəm / Hadisə
23-08-2024, 15:32

Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.
Hadisə Volqoqrad vilayətində baş verib.
Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib.
Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.