Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılması planlaşdırılır

Gündəm / Sosial
27-08-2024, 13:20
Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılması planlaşdırılır
Azad olunmuş ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılmasa da, bu, planda var.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri xatırladıb ki, azad olunmuş ərazilərdə seçicilərin sayı 42 mindən çoxdur: "Yaxın dövrdə oradakı məntəqələrə də veb-kameraların quraşdırılması nəzərdə tutulur və artıq aidiyyəti üzrə müraciət olunub".