Fərid Osmanov nazirin müşaviri təyin olundu
Gündəm / Sosial
27-08-2024, 18:40

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.
Bu vəzifəyə Fərid Osmanov gətirilib.
Nazirlikdən saytımıza məlumatı təsdiq ediblər.
Qeyd edək ki, F. Osmanov bu təyinata qədər Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsində çalışıb.