Elnarə Akimova seçicilərinə təşəkkür etdi
Gündəm / Sosial
3-09-2024, 16:54
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini açıqlayıb. XeberEkspress.az xəbər verir ki, seçkilərdə qalib gələn şəxslər arasında 46 saylı Sumqayıt beşinci Seçki Dairəsindən deputatlığa namizəd olan Elnarə Akimova da olub.
Əziz dostlar, mətbuat nümayəndələri, vəkillər, Sumqayıt ziyalıları, təbliğat-təşviqat kampaniyası zamanı mənə olan etimadınıza, göstərdiyiniz dəstəyə görə sizlərə minnətdaram! Təşviqat kampaniyası başlayan ilk gündən etibarən hamınızın yanında olmağa, sizləri dinləməyə çalışdım. Sizin etimadınız və inamınız mənim üçün çox dəyərlidir və bu yolda sizləri layiqincə təmsil etmək üçün bütün güvvəmlə çalışacağam. Qələbəmiz bizim birlikdə komanda işimizin nəticəsidir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm və İnanıram ki, yeni formalaşacaq parlament Azərbaycan xalqı, dövləti üçün uğurlu olacaq deyə Elnarə Akimova vurğulayıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə 1 Sentyabr 2024-cü ildə keçirilmiş növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb. 46 saylı Sumqayıt beşinci seçki dairəsinndən Akimova Elnarə Seydulla qızı – 11 min 897 səslə (62,8 faiz). deputat seçilib.
XeberEkspress.az
