Kiyevə Rusiya ərazisini vurmağa icazə vermişik - Pistorius
Gündəm / Sosial
13-09-2024, 17:02

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Qərb silahlarından istifadə etməsinə icazə verildiyini deyib.
Bu barədə "Tagesschau” nəşri məlumat yayıb.
"Beynəlxalq hüquq belə addımları qadağan etmir. Bununla belə, bu cür istifadəyə icazə verilib-verilməməsi ilə bağlı qərar silahı tədarük edən ölkələrin üzərinə düşür”, - Pistorius bildirib.