“Dövlət başçısının parlament fəaliyyətinə olan diqqətini daim hiss etmişik”- ÖZƏL

Gündəm / Sosial
25-09-2024, 13:29
 

"Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Bu əlamətdar iclasda cənab Prezident İlham Əliyevin iştirak etməsi, bizim üçün böyük bir şərəf oldu. Prezidentin çıxışları, dövlətimizin inkişafına olan bağlılığını və parlamentin fəaliyyətindəki önəmini bir daha vurğuladı".

 

 

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlametin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib:

"Ötən dövrdə dövlət başçısının parlament fəaliyyətinə olan diqqətini daim hiss etmişik. Prezidentin qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək müasir standartlara uyğun qanunların hazırlanmasına verdiyi töhfələr, ölkəmizin inkişafına böyük qatqıdır. Vl çağrış dövründə həyata keçirilən qanunvericilik təşəbbüsləri, ailə institutunun möhkəmləndirilməsi və sosial rifahın artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə yol açmışdır. Bu çərçivədə, Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirlər, ölkəmizdəki sosial inkişafın sürətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Erkən nikah, qohum evlilikləri və digər sosial məsələlər, ailə mühitinin sağlamlığına və uşaqların inkişafına ciddi təsir göstərə bilən problemlərdir. Bu problemlərin həlli məqsədilə hazırlanan qanun layihələri, cəmiyyətdə bu cür praktikaların aradan qaldırılması, ailə dəyərlərinin qorunması və sosial ədalətin bərqərar edilməsi yönündə mühüm addımlar atır. Görülən işlər, cəmiyyətin hər bir fərdinin rifahını artırmaq, müsbət sosial dəyişikliklərə nail olmaq və ailə institutunun gücləndirilməsi sahəsində atılan addımların əhəmiyyətini bir daha ortaya qoyur. Bu fəaliyyətlər, ölkəmizin davamlı inkişafının əsasını təşkil edir və cəmiyyətin ümumi sosial mühitinə müsbət təsir göstərəcəkdir. Gələcəkdə bu istiqamətdəki fəaliyyətlərin davam etdirilməsi, daha sağlam bir cəmiyyətin formalaşmasına xidmət edəcəkdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında atılan bu addımlar, yalnız qanunvericilik müstəvisində deyil, həm də cəmiyyətin mədəni və sosial həyatında əhəmiyyətli dəyişikliklərə yol açır. Bu dəyişikliklər, ailə institutunun möhkəmlənməsinə, sosial ədalətin bərqərar olunmasına və gələcək nəsillərin sağlam inkişafına böyük təsir göstərəcəkdir.Bizim məqsədimiz, dayanıqlı inkişafa, sosial ədalətə və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına nail olmaqdır. Vətənə məhəbbət, dövlətə sədaqət və çevik münasibət bütün çağırışlara cavab vermək üçün vacibdir".