Zaporojeyə hücum olub - Ölən və yaralananlar var

Gündəm / Dünya
8-01-2025, 20:00
Zaporojeyə hücum olub - Ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoje şəhərinə hava hücumu edib.

Bu barədə Zaporoje Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

"Yerli saatla 15:17 radələrində idarə olunan bomba və ballistik raketlərdən istifadə təhlükəsi ilə əlaqədar Zaporojye vilayətində hava hücumu xəbərdarlığı elan edilib”, - o qeyd edib.

Hücum nəticəsində bir nəfərin öldüyü, altı nəfərin isə yaralandığı bildirilir.