Bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb
Gündəm / Dünya
14-01-2025, 16:48

Müvəqqəti (beşgünlük) məntəqələrin də yaradılması ilə bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O qeyd edib ki, seçicilərin sayı isə 5 milyon 960 mindən çoxdur.