Qarabağ Universitetinə daha çox yer AYRILDI

Gündəm / Sosial
23-05-2025, 11:37
Qarabağ Universitetinə daha çox yer AYRILDI

Qarabağ Universitetində bu il üçün plan yerlərinin sayı 28.5 faiz artırılaraq 1440-a çatdırılıb.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu addım regionun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəməyə yönəlib.