Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Sosial
Bu gün, 20:10

TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 20 avqust 2026-cı il tarixində Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Qəbul Şirvan Şəhər Mərkəzi Xəstəxanasında keçiriləcək.

Vətəndaşlar info@tabib.gov.az elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

XeberEkspress.com