Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Gündəm / Sosial
19-06-2025, 08:39

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.