107 illik tarix – fədakarlıqla yazılmışdır!

Gündəm / Sosial
2-07-2025, 11:54

Bu gün, gecə və gündüz daim oyaq olan, 24 saat qanun keşiyində duran, həyatımızı,ailələrimizi, mülkiyyətimizi qanuna zidd əməllərdən qoruyan Azərbaycan Polisinin günüdür.

Bir zamanlar Sumqayıtda baş verən cinayət hadisələrinin üstünün açılmasında müəyyən çətinliklər və axsamalar olurdusa, bu gün bu şəhərdə baş verən cinayətlərin üstü Sumqayıt Polisinin ayıq-sayıqlığı nəticəsində dərhal açılır, çinayəti törədənlər isə layiqli cəzalarını alırlar.
Başda Cənab Nazir Vilayət Eyvazov, Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan müəllim  olmaqla,Azərbaycanın bütün Polis heyyətini,bu  gün münasibəti ilə ürəkdən təbrik edirik.Sizlərə çətin və şərəfli olan peşənizdə daim uğurlar arzu edirik.
Bayramınız mübarək!

02.07.2025
Hörmətlə: Xeberekspress.az ın əməkdaşı Murad Qaflanov