Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb

Gündəm / Sosial
25-07-2025, 20:00
Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb

Rusiya Silahlı Qüvvələrinin Xarkovda yerləşən Vərəm Dispanserinə havadan endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Bu barədə “RBK-Ukrayna” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən bildirib.

"Son məlumatlara görə, həkimlər 17 nəfərə, o cümlədən 12 yaşlı qıza tibbi yardım göstəriblər", - o qeyd edib.

O.Sinequbov dəqiqləşdirib ki, zədələnmiş tibb müəssisəsinin əməkdaşı xəstəxanadadır. Digər xəsarət alanlara yerində lazımi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməyiblər.