Rusiya Xarkov vilayətini atəşə tutub, 5 nəfər ölüb
Gündəm / Dünya
29-07-2025, 14:57

Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətinin Novoplatonovka kəndini atəşə tutub.
Bu barədə “Report” Ukrayna KİV-inə istinadən məlumat verir.
"Hücum nəticəsində beş mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb", - nəşr Xarkov vilayəti polisinin məlumatına istinadən bildirir.
İlkin məlumata görə, bu gün günorta saatlarında edilən hücumda reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib.