Sabah 38 dərəcə isti olacaq

Gündəm / Sosial
30-08-2025, 13:05
Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq.


Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq.


Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.   Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.