Ərdoğan ABŞ-nin qərarını tənqid edib
Gündəm / Dünya
2-09-2025, 17:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.