"Bakı Kart"a yeni direktor təyin edilib
Gündəm / Sosial
17-09-2025, 14:02

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yeni yeni direktor təyin edilib.
Bu, Rüfət Babakişiyevdir.
O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib.
"K Group" 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.