Yük və minik maşınları toqquşdu - Xəsarət alanlar var
Gündəm / Hadisə
22-09-2025, 12:59

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Yasamal adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" ilə yük maşını toqquşub. Qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya yeləşdirilib.
Faktla bağlı araşdırma aparılır.