Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
Gündəm / Hadisə
8-10-2025, 08:18

Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.