"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarılıb
Gündəm / Mədəniyyət
10-10-2025, 14:25

"Azərbaycanfilm" kinostudiyasının rəhbər heyətində dəyişikliklər olub.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Məlumata görə, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər.