NASA "3I/ATLAS" kometasının Yer kürəsinə yaratdığı təhlükəni qiymətləndirib

Gündəm
20-11-2025, 10:48
NASA "3I/ATLAS" kometasının Yer kürəsinə yaratdığı təhlükəni qiymətləndirib
NASA "3I/ATLAS" kosmik obyektinin Yer kürəsi üçün heç bir təhlükə yaratmadığını bəyan edib.


Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın elmi missiyalar üzrə direktor müavini Nikki Foks məlumat verib.


Onun sözlərinə görə, "3I/ATLAS" kometası Yerdən təhlükəsiz məsafədə yerləşir və bu, planetdən Günəşə olan məsafədən, demək olar ki, iki dəfə çoxdur.


NASA əlavə edib ki, kometa dekabrın 19-da Yerə 170 milyon mildən (270 milyon km-dən çox) yaxın olmayan məsafədə yaxınlaşacaq.


Kosmik agentlik qeyd edib ki, "3I/ATLAS" günəş sistemindən keçərkən monitorinqləri davam etdirməyi planlaşdırır. Kometanın gələn il Yupiterin orbitindən keçəcəyi gözlənilir.