Babək Quliyev UEFA-dan təyinat alıb
Gündəm / İdman
16-12-2025, 10:38

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turunda keçiriləcək "Sparta" (Çexiya) - "Aberdin" (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən "Letna" stadionunda baş tutacaq.