Bu regionda 4 məktəb binası yenidən tikiləcək - RƏSMİ

Gündəm / Sosial
17-12-2025, 12:10
Yeni tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 müəssisə binası sökülərək yenidən tikilib.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrinin təmir, eləcə də tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir.