Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib
Gündəm / Sosial
6-01-2026, 14:43

Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini ziyarət edib.
Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.


