Azərbaycanda informasiya və rabitə sektoruna investisiya qoyuluşu 2 dəfədən çox artırılıb
Gündəm / Sosial
20-02-2026, 18:01

Bu ilin yanvar ayında Azərbaycanın informasiya və rabitə sektoruna 74,3 milyon manat investisiya qoyulub.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 5,3 % təşkil edib.
2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.