Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib
Gündəm / Sosial
24-02-2026, 15:46

Azərbaycan səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təqdim edib.
Bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X" hesabında məlumat verilib.
"Rəsmi mərasimdən sonra keçirilən ikitərəfli görüşdə Azərbaycanla Sinqapur arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib", - məlumatda bildirilib.