Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var

Gündəm / Hadisə
30-03-2026, 10:08
Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü 2009-cu il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.