Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alan var
Gündəm / Hadisə
30-03-2026, 15:30

Ucarda yol qəzası olub, xəsarət alan var.
Hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.(APA)