Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Gündəm / Hadisə
Bu gün, 18:47
Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.