Xəzərdə zəlzələ oldu

Gündəm / Hadisə
26-07-2026, 10:00
Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.
Yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə yerləşib.