Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

Gündəm / Sosial
Bu gün, 18:25

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

Azərbaycanın Quba-Xəzəryanı neft-qaz regionu ərazisində geofiziki məlumatların toplanması bu il oktyabr ayının əvvəlində başa çatacaq.

Bu işlərin aparılması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Kanadanın "Gran Tierra Energy" şirkəti "Metatek Group" şirkətini cəlb ediblər.

Məlumatların toplanması bu müqavilə sahəsində başlamış seysmokəşfiyyat proqramında nəzərdə tutulub. "Metatek" məlumatların operativ toplanması üçün Quba-Xəzəryanı neft-qaz regionu ərazisində rəqəmsal tam tenzorlu qravitasiya qradiometriyası (dFTG) sistemini yerləşdirməyi planlaşdırır.

Daha əvvəl, iyul ayında tərəflər regionun geoloji quruluşunun detallaşdırılması üçün 2D-seysmokəşfiyyat işlərini həyata keçirmək niyyətində olduqlarını elan ediblər.