Kəlbəcərə dolu yağıb
Gündəm / Siyasət
28-08-2026, 16:16

Avqustun 28-i saat 15:30-a olan məlumata əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10-12 mm olan dolu yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dolu həmçinin rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə də düşüb. Belə ki, saat 15:02-15:16 radələrində həmin əraziyə diametri 15-20 mm olan dolu yağıb.