Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
Gündəm / Dünya
3-10-2026, 10:11

Rusiyanın Sverdlovsk vilayətində yerləşən "Çeryomuxovskaya-Qlubokaya" mədənində uçqun baş verib.
Bu barədə Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Dağıntıların altından 1 nəfərin meyiti çıxarılıb", - məlumatda deyilir.
Uçqunun baş verdiyi ərazidə işlər müvəqqəti olaraq dayandırılıb.
Nəzarət tədbirlərinin gedişində prokurorluq dağ-mədən işlərinin aparılması zamanı təhlükəsizlik texnikası qaydalarına, eləcə də əməyin mühafizəsi tələblərinə riayət olunmasını qiymətləndirəcək.