Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Gündəm / İdman
19-10-2026, 09:36

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Novruzov Əkbər Akif oğlu idarə etdiyi avtomobili ilə Xətai rayonu Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.