NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Gündəm / Sosial
19-10-2026, 17:55

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Nazirlər Kabineti (NK) "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələri (ümumi sayın 10 %-dən çox olmamaqla) üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.