"Azərişıq" ASC-nin əməkdaşı Laçında minaya düşüb

Hadisə
22-11-2021, 22:09

"Azərişıq" ASC-nin əməkdaşı Laçında minaya düşüb

 



"Azərişıq" ASC-nin əməkdaşı minaya düşərək xəsarət alıb.

Hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.