Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazisində 2,6 bal gücündə zəlzələ olub

Hadisə
10-01-2022, 07:33
Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazisində 2,6 bal gücündə zəlzələ olub

Yanvarın 9-da yerli vaxtla 23.19-da Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazisində 2,6 bal gücündə zəlzələ baş verib.

Xeberekspress.az APA-ya istinadən bildirir ki, bu barədə Ermınistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təbii fəlakət Ermənistanın cənubunda Qafan şəhərindən 9 kilometr məsafədə, Sünik rayonu ərazisində qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin episentrdə gücü 3-4 bal olub.

Bildirib ki, yeraltı təkanlar Qafanda 3 bal, Kacaranda və Mehridə 2-3 bal gücündə hiss olunub.