Ağsuda məktəbdə faciəvi ölüm

Hadisə
12-01-2022, 09:05
Ağsuda məktəbdə faciəvi ölüm
Ağsuda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.

Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub. 

Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.