Qadın Bakı-Mingəçevir avtobusunun altında qalaraq ÖLDÜ

Hadisə
20-01-2022, 21:12
Qadın Bakı-Mingəçevir avtobusunun altında qalaraq ÖLDÜ
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.