Bakıda xəstəxanada 43 yaşlı kişi özünü öldürdü
Hadisə
18-10-2023, 16:11

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda pasient intihar edib.
Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, 13 oktyabrda 43 yaşlı Namiq Məmmədşəfiyev kəsilmiş yaralarla xəstəxanaya daxil olub. Qısa müddətdən sonra isə o, xəstəxananın 3-cü mərtəbəsindən özünü ataraq, həyatına qəsd edib.
Onun həyatına qəsdetmə səbəbləri bəlli deyil,.
Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı araşdırma aparılır.