Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlanıb Hadisə
Hadisə
Dünən, 18:03

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.