Salyanda ağır qəza: Ölən var

Hadisə
Bu gün, 14:00
Salyanda ağır qəza: Ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib. 


Belə ki, "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. 


Qəza zamanı "Qazel"-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb. 


Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.