"Yuventus"un əfsanəsi xəstəxanaya yerləşdirildi: "İnana bilmirəm ki..."

İdman
18-05-2020, 14:00

"Yuventus"un əfsanəsi xəstəxanaya yerləşdirildi: "İnana bilmirəm ki..."

 

"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles əyalətində xəstəxanaya yerləşdirilib.

Bununla bağlı futbolçu özünün sosial şəbəkə hesabından açıqlama verib. Bunun koronavirusla bir əlaqəsinin olmadığını qeyd edən Del Pyero böyrəklərində daş aşkarlandığını qeyd edib:

"İnana bilmirəm ki, 3 millimetrlik balaca bir şey bu cür problem yaratsın".

Mənbə: goal.com