“Qarabağ” “Karvan-Yevlax”a qarşı

İdman
29-11-2025, 09:37
“Qarabağ” “Karvan-Yevlax”a qarşı



Misli Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.


“Bu gün iki qarşılaşma baş tutacaq.


Açılış oyununda “İmişli” “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.


Günün ikinci oyununda “Qarabağ” klubu öz meydanında “Karvan-Yevlax” komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da başlayacaq.


Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.


Misli Premyer Liqası


XIII tur


29 noyabr


14:30. “İmişli” - “Sabah”


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.


VAR: Rauf Cabarov.


AVAR: Zeynal Zeynalov.


Hakim-inspektor: Anar Salmanov.


AFFA nümayəndəsi: Elgiz Abbasov.


Quba OİK stadionu.


17:00. “Qarabağ” - “Karvan-Yevlax”


Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.


VAR: Cavid Cəlilov.


AVAR: Kamran Bayramov.


Hakim-inspektor: Ömər Paşayev.


AFFA nümayəndəsi: Nəriman Axundov.


“Azersun Arena”.