Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq

İdman
Bu gün, 12:30

Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq

Misli Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.


Günün ilk matçında "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gələcəklər.


Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.


"Turan Tovuz" 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu - 12-cidir.


Günün digər qarşılaşmasında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.


Hərəyə 6 xal əldə edən "Neftçi" ilə "Zirə" komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.


Misli Premyer Liqası


I dövrə, III tur


30 avqust


18:00. "Kəpəz" – "Turan Tovuz"


Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.


VAR: Əli Əliyev.


AVAR: Kamran Bayramov.


Hakim-inspektor: Anar Salmanov.


AFFA nümayəndəsi: Erkin Hüseynov.


Gəncə şəhər stadionu


20:15. "Zirə" – "Neftçi"


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov


VAR: Əliyar Ağayev


AVAR: Zeynal Zeynalov


Hakim-inspektor: Şahin Cəfərov


AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov


Zirə İdman Kompleksinin stadionu


Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.