Bu məşhurlara Xəzər TV-də efirə çıxmağa qadağa qoyuldu — SİYAHI
Maraqlı
11-03-2020, 15:51
Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib.
Xeberekspress.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( "5-də 5” və "Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib.
M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı "5-də 5” proqramı hazırladığı həftəlik planda dəyişiklik edərək ifaları ilə müzakirələrə səbəb olan ulduzlar siyahıdan çıxarıb.
Hətta Zaur "5-də 5”in dünənki buraxılışında Dadaşovun sözügedən tapşırığı barədə danışıb:
"Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin”.
