Rusiyanın Xalq artisti Anatoli Lobotski vəfat edib
Mədəniyyət
20-12-2025, 15:03

Rusiyanın Xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib.
Bu barədə TASS-a onun ailəsi məlumat verib.
Ailəsindən verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” və digər çoxsaylı film və televiziya seriallarındakı rolları ilə tanınıb.