Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olundu
Mədəniyyət
14-02-2026, 17:30

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.(Qafqazinfo)